Emin Mahmudov Arda Turanın komandasında oynaya bilər

emin-mahmudov-arda-turanin-komandasinda-oynaya-biler
Oxunma sayı: 1938

“Neftçi”nin yeni müqavilə təklifini qəbul etməyən Emin Mahmudov karyerasını Türkiyədə davam etdirə bilər.

“Qafqazinfo” xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin xidmətində I Liqada mübarizə aparan “Eyüpspor” maraqlıdır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Super Liqaya çıxmağı hədəfləyən İstanbul təmsilçisi iddialı heyət qurmağı planlaşdırır. 

Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor” Azərbaycan milli komandasının kapitanına rəsmi təklif göndərib.