Emin Mahmudov “Kəpəz”lə matçın Bakıda keçirilməsini istəyir

emin-mahmudov-kepezle-matcin-bakida-kecirilmesini-isteyir
Oxunma sayı: 1824

“Neftçi”nin kapitanı Emin Mahmudov Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Jelezniçar”a 2:0 qalib gəldikləri oyundan sonra açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bunları deyib:

“Əslində istəyərdim ki, Azərbaycan Premyer Liqasının ilk turundakı “Kəpəz”lə oyunumuz evdə olsun. Çünki, biz Azərbaycan üçün oynayırıq. “Beşiktaş”la Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki matç bir az çətin olacaq. Səfərə getmək, qayıtmaq var. PFL istəmirsə, problem yoxdur, gedib Gəncədə oynayarıq. “Beşiktaş”ı fikirləşib “Kəpəz”lə oyunu kənara qoya bilmərik. Gəncədə də qalib gəlməliyik. Çünki, çempionatda xal qazanmaq vacibdir”.