Emin mərkəzini koronavirusa görə müvəqqəti xəstəxanaya çevirir

emin-merkezini-koronavirusa-gore-muveqqeti-xestexanaya-cevirir
Oxunma sayı: 2725

Xalq artisti Emin Ağalarov sahibi olduğu “Crocus Expo”nu müvəqqəti xəstəxanaya çevirmək qərarına gəlib. “Qafqazinfo” xəbər verir ki, mərkəz koronavirus (COVID- 19) pandemiyasına yoluxan xəstələri müalicə üçün nəzərdə tutulub. 

Hazırda məkana 1, 5 min çarpayının yerləşdirilməsi planlaşdırılıb. Mövzu barədə E. Ağalarov “RİA Novosti”yə açıqlama verib.

“Məlumat doğrudur, qarşımıza belə bir vəzifə qoymuşuk. Hazırda aktiv şəkildə çalışırıq. Hər şeyin tam hazır olma tarixi barədə məlumat verə bilmərəm, amma iş sürətlə başa çatacaq”,- deyə Emin bildirib.

Qeyd edək ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov “Patriot Park” və “Crocus Expo”da xəstəxana açılacağını açıqlamışdı.