“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Adil İsmayılov məlumat verib.
Vəkil bildirib ki, E.Millinin qaynı Nazim Ağabəyov iyulun 23-də evdən çıxıb idarə etdiyi avtomobillə işə gedərkən Binəqədi rayonu ərazisində, Mir Cəlal küçəsində yerləşən "Bol market" ticarət mərkəzinin yaxınlığında Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə gətirilib: “Burada onun üzərinə və maşınına baxış keçirilərkən narkotik vasitə aşkar edilərək götürülüb. Həmin gün Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması müstəntiq Əflatun Səlimova həvalə edilib, Nazim Ağabəyov şübhə edilən şəxs qismində saxlanılıb. 24 iyulda Ağabəyova 234.4.3-cü maddə ilə ittiham elan edilib, Xətai rayon Məhkəməsinin (hakim İbrahim İbrahimli) qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib və o, saxlanılması üçün Kürdəxanıda yerləşən istintaq təcridxanasına göndərilib”.
A.İsmayılov dünən N.Ağabəyovla görüşüb: “O özünü təqsirli bilmədiyini, narkotik vasitələrin ona heç bir aidiyyəti olmadığını, həbsinin bir anlaşılmazlıq olmasını deyib, təcridxanadakı saxlama şəraitindən şikayəti olmadığını bildirib. Həbsdən verdiyim apellyasiya şikayətinə 29 iyulda Bakı apellyasiya məhkəməsində hakim İlqar Murğuzovun sədrliyi ilə keçirilən iclasda baxılıb və rayon məhkəməsinin qərarı qüvvəsində saxlanılıb”.
Vəkil qeyd edib ki, Nazim Ağabəyov da, onun valideynləri və həyat yoldaşı da həbsi bir anlaşılmazlığın nəticəsi hesab etməklə, ədalətin qısa zamanda bərpa ediləcəyinə ümid edirlər və bu məqsədlə prezidentə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ediblər.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər