Əminə Ərdoğan Zelenskaya ilə görüşdü - Fotolar

Əminə Ərdoğan Zelenskaya ilə görüşdü
Oxunma sayı: 5895

Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskayanı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Əminə Ərdoğan bu haqda tviter hesabında yazıb.

“Ukrayna Prezidentinin həyat yoldaşı, əziz dostum Yelena Zelenskayanı İstanbulda qəbul etməkdən şad oldum. İnanıram ki, biz Ukrayna xalqının, xüsusən də müharibə qurbanı olan qadın və uşaqların yaralarını birlikdə sağaldacağıq”, - paylaşımda qeyd olunub.