Əminə Ərdoğan zəlzələdə sağ qalan körpələri ziyarət etdi - Foto

emine-erdogan-zelzelede-sag-qalan-korpeleri-ziyaret-etdi
Oxunma sayı: 3411

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Kahramanmaraşda baş verən zəlzələdə qalaraq xəstəxanaya yerləşdirilən 0-1 yaş aralığındakı körpələri ziyarət edib.  

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Ankaranın Etlik Şəhər Xəstəxanasına gətirilən 16 körpə ilə görüşüb.

Körpələrin vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, körpələr Kahramanmaraşdan Ankaraya Prezident Ərdoğanın göstərişi ilə onun təyyarəsi ilə gətirilmişdi.