“Əminəm ki, geri qayıtmaq şansım olacaq” - Neymar

“Əminəm ki, geri qayıtmaq şansım olacaq”
Oxunma sayı: 2531

Braziliya millisinin ulduzu Neymar Serbiyaya 2:0 hesabı ilə qalib gəldikləri matçda zədələnməsi ilə bağlı facebook hesabında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, Neymar yenidən DÇ-də təmsil olunacağına ümid etdiyini açıqlayıb:

“Komanda formasını geyindiyimə görə duyduğum qürur və sevginin izahı yoxdur. Allah mənə doğulmaq üçün ölkə seçmək imkanı versəydi, bu yenə də Braziliya  olardı.

Həyatım da heç bir şey asan olmayıb, həmişə xəyal və hədəflərimin arxasınca qaçmalı olmuşam. Heç vaxt heç kimə pislik arzulamamaq, ancaq ehtiyacı olanlara kömək etmək istəmişəm.

Bu gün karyeramda ən çətin anlardan biri oldu və bu, yenidən dünya çempionatında baş verdi. Zədə var bəli, bu, darıxdırıcıdır, ağrıyacaq, amma əminəm ki, geri qayıtmaq şansım olacaq, çünki ölkəmə, komanda yoldaşlarıma və özümə kömək etmək üçün əlimdən gələni edəcəyəm.

Mən mümkün olmazların Tanrısının övladıyam və inancım  sonsuzdur”.

Qeyd edək ki, Braziliya mətbuatı isə Neymar üçün mundialın bitdiyini yazır.