“Əminəm ki, onun ruhu şaddır...”

eminem-ki-onun-ruhu-saddir
Oxunma sayı: 1285

Bu gün YAP İcra Katibliyində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbiri açıq elan edən YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət bu gün də layiqincə davam edir: "O hər zaman Azərbaycan gəncliyinə önəm verib. Öz tarixini bilməyən gənc heç bir nəticə çıxara bilməz". 

O qeyd edib ki, ümummilli lider barədə bir çox kitablar nəşr olunub: "Bu kitablarda da onun Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərdən bəhs olunub. Çalışdığı bütün zamanlarda sübut etdi ki, Azərbaycan xalqına xidmət etmək insanın daxilindən gəlməlidir".

Siyavuş Novruzov vurğulayıb ki, ulu öndər hakimiyyətə qayıtmasaydı Azərbaycan demokratik respublikanın taleyini yaşayacaqdı: "Bu bəladan ölkəni Heydər Əliyev xilas etdi. Nə qədər yaşayırıqsa, Heydər Əliyev siyasi xətti də davam edəcək".

Daha sonra çıxış edən Dini Qurumlarla üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Heydər Əliyevlə bağlı xatirələrindən danışıb. O, Heydər Əliyevi hər gün andıqlarını bildirib: "Heydər Əliyevin fəaliyyətindən örnək götürməyi bacarmalıyıq. O, müstəqil Azərbaycan tarixinin qurucusu və banisidir. Ulu öndər tariximizdə, siyasətimizdə də əbədidir. Əminəm ki, onun ruhu şaddır. Çünki Azərbaycan inkişaf yolundadır".