Eminin ABŞ-dakı konsertləri niyə ləğv olundu?

eminin-abs-daki-konsertleri-niye-legv-olundu
Oxunma sayı: 2244

Xalq artisti Emin Ağalarovun ABŞ və Kanadada keçiriləcək konsertləri təxirə salınıb.  “Qafqazinfo” xəbər verir ki, bu barədə bəstəkar-müğənni instaqram səhifəsində məlumat verib. 

O, bilet alan hər kəsdən üzr istəyib: “Əziz dostlar, mən heç də bu mesajı yazmaq istəməzdim. Amma yaranan vəziyyətdən asılı olaraq ABŞ və Kanadada planlaşdırdığım konsert turunu təxirə saldım. Biz bu turu bir il əvvəl planlaşdırmışdıq, hamınız üçün konsert vermək istəyirdik. Bilet alan hər kəsdən üzr istəyirəm”. 

CNN  Eminin nümayəndəsi Skott Balberə istinadən məlumat yayıb ki, sənətçinin menecerləri ilə Amerika prokuroru Robert Muller və ABŞ Konqresinin Komitələri Aparatı ilə razılığa gələ bilməyib. 

Qeyd edək ki, Emin yanvarın 26-da Nyu-York, 29-da Toronto, 30-da Mayami, 2 fevralda Los-Ancelesdə səhnəyə çıxmağı planlaşdırırdı.