Əmisini bıçaqladı

emisini-bicaqladi
Oxunma sayı: 1343

Bakıda 24 yaşlı oğlan əmisini bıçaqlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, mayın 11-i axşam saatlarında Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan 1967-ci il təvəllüdlü S.Quliyev aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü İ.Quliyev saxlanılıb. O, bıçaqladığı S.Quliyevin qardaşı oğludur.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Murad Əhməd