Əmisini və ailə üzvlərini bıçaqladı - Biri öldü-Yenilənib

emisini-ve-aile-uzvlerini-bicaqladi
Oxunma sayı: 2782

Bu gün saat 10 radələrində Abşeron rayonu Digah kəndində 4 nəfər bıçaqlanıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü H.Həşimov, onun həyat yoldaşı, övladı və digər kənd sakini kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Sərxan Həşimov saxlanılıb.

Bildirilib ki, S.Həşimovun bıçaqladığı şəxslərdən 3-ü onun əmisi və ailə üzvləridir.

Araşdırma aparılır.

***

Xəsarət alanlardan biri, 1966-cı il təvəllüdlü Zümrüd Həşimova tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb.