Goranboyda döyülmə hadisəsi baş verib.
“Qafqazinfo”nun xəbərinə görə, rayonun Kələk kənd sakini, 1971-ci il təvəllüdlü Aqil Babayev və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü M. Sarıyeva döyülərək müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Məlumata görə, ər və arvad A.Babayevin qardaşı oğlu tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər