Emma kök qadınları arıqladacaq

emma-kok-qadinlari-ariqladacaq
Oxunma sayı: 2017


“Bəziləri düşünür ki, sənət adamları üçün ailəli olmaq çətindir. Mən isə belə düşünmürəm. Həm ailəli olub, həm sənətçi olmaq çox asandır. Əsas odur həyat yoldaşın səni, sən də onu anlayasan.  Bir-birini başa düşməsən təbii ki, ailə dağılacaq. Çox xoşbəxt ailə həyatı yaşayıram. İnşallah Allah bizə övlad qismət edər. Hər qadın kimi mən də ana olmağı arzulayıram. Allah bütün xanımlarımıza analıq hissini yaşamağı nəsib etsin”. 

Müğənni yaradıcılıq fəaliyyətindən və yeni verilişindən də bəhs edib:

“Həyat yoldaşım və savadlı dietoloq ilə belə qərara gəldik ki, xanımlara arıqlamağa kömək edək. Amerikada  həkim-dietoloq köməyi ilə arıqlamışam. O həkimi Azərbaycana gətirmək mümkün deyil. Yaxın günlərdə internet kanalların birində proqram təqdim edəcəm. Dietoloqun məsləhəti ilə xanımlara yeyib kökəlməməyin və arıqladıqdan sonra kilo almamağın yollarını öyrədəcəm.Arıqlamaq asan, amma çəkini saxlamaq çətindi. Verilişim də bu haqda olacaq.

Azərbaycanda kliplər artıq baxımlı deyil, bu əvvəllər dəbdə idi. Əsas mahnının yaxşı olmasıdır. Yaxşı bəstəni radio və televiziyalarda  ifa edib sevdirmək olur. Bu mənim fikrimdir, başqasının adından danışmağı sevmirəm. İranda caz musiqiçiləri ilə yeni mahnı yazdırmışam, gözləyirəm onlar mahnını hazırlayıb Azərbaycana göndərsinlər. Geniş konsert vermək haqda isə düşünmürəm. Çünki əməliyyatdan təzə çıxmışam, mənə canlı oxumaq olmaz, burnumdan qan açıla bilər. İndiki görkəmimdən isə çox razıyam, kaş on dörd il əvvəl əməliyyat olunardım.  Çox qorxurdum. Məni həkimə yalvara-yalvara aparırlar”. 

Könül