ABŞ-da televiziya dünyasının ən nüfuzlu “Emmy” mükafatının təqdimetmə mərasimi bu il pandemiya ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən qismən açıq havada keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Deadline” portalı təşkilatçılara istinadən bildirib.
Onun məlumatına görə, bu məqsədlə mərasim təşkilatçıları Los-Ancelesdə “Microsoft” teatrının arxasında əlavə meydança yaratmağa qərar veriblər.
Qeyd olunur ki, daha əvvəl sentyabrın ortalarında keçirilməsi planlaşdırılan sayca 73-cü mərasimin təşkilatçıları pandemiya ilə bağlı vəziyyətin pişləşməsi səbəbindən qırmızı xalçaya çıxacaq şəxslərin sayını azaltmaq qərarına gəlib. Eyni səbəbdən mərasimə gəlmək hüququ olan nominantların da sayı azaldılacaq: hər layihənin komandasını dörtdən çox şəxs təmsil edə bilməyəcək.
Son xəbərlər
Son Xəbərlər