Emomali Rahmon maliyyə nazirini işdən çıxarıb

emomali-rahmon-maliyye-nazirini-isden-cixarib
Oxunma sayı: 1039

Tacikistan prezidenti Emomali Rahmon maliyyə naziri Abdusalom Kurboniyonu işdən çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkə başçısının mətbuat xidməti məlumat yayıb. Vəzifəsindən azad edilməsinə səbəb kimi dövlət başçısı işinin öhdəsindən gələ bilməməsini göstərib. 

Prezident Rahmonun digər sərəncamı ilə bu posta Fayziddin Kaxxorzodu təyin edilib.