“Empoli”dən “Milan”a 17 milyonluq transfer

empoliden-milana-17-milyonluq-transfer
Oxunma sayı: 985

Futbol üzrə “Afrika Millətlər Kuboku – 2019”un ən yaxşı oyunçusu, əlcəzairli yarımmüdafiəçi İsmael Bennaser “Empoli” klubundan “Milan”a transfer olub.

“Qafqazinfo” bildirir ki, bu barədə “Milan”ın rəsmi saytında məlumat verilib. 21 yaşlı futbolçu klubla beş illik müqavilə imzalayıb.

Sənədə əsasən, “Milan” “Empoli”yə əlcəzairli oyunçuya görə 17 milyon avro ödəyəcək.