Emre Aydın Bakıya gəlir

emre-aydin-bakiya-gelir
Oxunma sayı: 1446

Türkiyənin məşhur ulduzu Emre Aydın Azərbaycana gəlir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin özü tvitter hesabında məlumat verib.

O, “Bakı, hazırsan?” – yazıb, izləyiciləri onun Bakıda konsert verəcəyini bildirib.

Emre daha sonra eyni paylaşımı instagramda yayımlayıb, suala cavab kimi “Məncə hazırdır, tezliklə…” şərhini yazıb.

Xatırladaq ki, Emre Aydan Bakıya sonuncu dəfə 2013-cü ilin noyabr ayında gəlib.