“Qafqazinfo” “ans press”ə istinadən xəbər verir ki, Türküyə yığmasının üzvü Əmrə Bələzoğluna “Trabzonspor”un futbolçusu Didier Zokoranı irqçi ifadəylə təhqir etdiyinə görə 2 ay 15 gün həbs cəzası çıxarılıb.
Təcrübəli futbolçu 2012-ci il aprelin 15-də Spor Toto Super Liqa Çempionluq qrupunun Play-off matçında “Trabzonspor”un Fildişi Sahilindən olan futbolçusu ilə mübahisə etmişdi.
Zokora matçdan sonra verdiyi açıqlamada Bələzoğlunun onu irqçi ifadələrlə təhqir etdiyini bildirmişdi. İkili arasındakı dialoq məhkəməyə gedib çıxdıqdan sonra, bu gün açıqlanan qərarla təcrübəli futbolçu Əmrə Bələzoğluna 2 ay 15 gün həbs cəzası verildi.
Bələzoğlunun cəzası daha əvvəl cinayət etmədiyinə, məhkum olmadığına görə yenidən cinayət işlətməyəcəyi təqdirdə təxirə salınıb.
Son xəbərlər
Son Xəbərlər