Emre Belözoğlundan ailəsini təhqir edən azarkeşlərə cavab - Video

emre-belozoglundan-ailesini-tehqir-eden-azarkeslere-cavab
Oxunma sayı: 1959

“Başakşəhər” klubunun baş məşqçisi Emre Belözoğlu onu təhqir edən “Beşiktaş” azarkeşlərinə cavab verib.

“Qafqazinfo”nun məlumatına görə, o, ötən gün Türkiyə Superliqasında məğlub olduqları İstanbul klubunun tərəfdarlarının hərəkətlərinin düşüncəsiz olduğunu bildirib. 

Belözoğlu anasını təhqir edən fanatların bu cür davranışını anlamadığını bildirib: “Mən iki qızım və həyat yoldaşlımla stadiona gəlmişdim. Onlar da tribunalara yaxın yerdə oturmuşdular. “Beşiktaş” azarkeşləri 35-40 dəqiqə anama, ailəmə təhqirlər etdi. Çox təəssüf ki, uşaqlarım da buna qulaq asdı. Həmin azarkeşlər düşüncəsiz adamlardır. Onlara deyirəm ki, evə gedəndə mənim əvəzimə analarının əllərindən öpsünlər”. 

Qeyd edək ki, “Beşiktaş” “Başakşəhər” üzərində 2:0 hesablı qələbə qazanıb.