Çağla Şikel keçmiş həyat yoldaşı Emre Altuğun sevgilisinə bir zamanlar tərif yağdırdığı məlum olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Emre Altuğla 2 aydır sevgili olan Buse Narcı bir zaman Çağla Şıkelin münsif olduğu “Bu gün ne giysem?” proqramına qatılıb. Maniken qıza çox gözəl olduğunu, gözlərini ondan ala bilmədiyini deyib:
“Sənə baxmaqdan doymuram. O qədər gözəlsən ki, tam bir kuklaya bənzəyirsən”.
Hazırda isə Busenin 2 aydır ki, özündən 24 yaş böyük olan müğənni ilə birlikdə olduğu deyilir.
Qeyd edək ki, Çağla Şıkel 2015-ci ildə 7 illik evliliyini bitirərək Emre Altuğdan boşanıb.
Xatırladaq ki, Busenin adı bir müddət əvvəl Özcan Denizlə sevgili kimi hallanmışdı.






Son xəbərlər
Son Xəbərlər