Emre Can Almaniya millisinə çağırıldı

emre-can-almaniya-millisine-cagirildi
Oxunma sayı: 2980

Dortmund “Borussiya”sının futbolçusu Emre Can Almaniya milli komandasının heyətinə cəlb olunub.

“Qafqazinfo” xəbər verir ki, türkəsilli futbolçu Avropa çempionatında iştirak etməyəcəyi dəqiqləşən Aleksandr Pavloviçi əvəzləyəcək.

Qeyd edək ki, Avropa çempionatının ilk oyunu iyunun 14-də Almaniya və Şotlandiya yığmaları arasında baş tutacaq.