Emre Can koronavirusa yoluxdu

emre-can-koronavirusa-yoluxdu
Oxunma sayı: 1707

Almaniyanın "Borussiya" klubunun futbolçusu Emre Can koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Bu səbəbdən o, karantinə alınıb.

Qeyd edək ki, E.Can zədəsini yeni sağaldaraq Dortmund təmsilçisinin məşqlərinə başlamışdı.