Əmrə Mor rəsmən “Qalatasaray”da

emre-mor-resmen-qalatasarayda
Oxunma sayı: 1199

Türkiyə “Qalatasaray” klubu Əmrə Morun transferini rəsmiləşdirib.

“Qafqazinfo” xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi İspaniyanın “Selta” klubundan bir illik icarəyə götürülüb.
 
“Sarı-qırmızılar” bu transferə görə İspaniya təmsilçisinə 600 min avro ödəyəcək. Əmrə özü isə qarşıdakı mövsüm ərzində 725 min avro qazanacaq.
 
Qeyd edək ki, 2017-ci ildə Dortmund “Borussiya”sından “Selta”ya keçən Əmrə, son mövsümdə La Liqada 10 oyuna çıxıb. 22 yaşlı yarımmüdafiəçi Türkiyə millisində 15 oyun keçirib.