İspaniya La Liqasında 33-cü turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, lider “Barselona” 3 ildir səfərdə məğlub edə bilmədiyi “Selta”nın qonağı olub.
“Barselona” hesabda iki dəfə önə çıxsa da, 71-ci dəqiqədə azlıqda qaldıqdan sonra üstünlüyü qoruya bilməyib.
79-cu dəqiqədə meydana daxil türk futbolçu Əmrə Mor 3 dəqiqə sonra diqqət mərkəzinə düşüb. Onun məhsuldar ötürməsini İaqo Aspas qola çevirib və matç 2:2 hesabı ilə bitib.
“Selta” - “Barselona” - 2:2
Qollar: 36 - Dembele (0:1), 45 - Conni (1:1), 64 - Alkaser (1:2), 82 - Aspas (2:2)
Son xəbərlər
Son Xəbərlər