Türkiyə milli komandasının və Danimarkanın "Nordşelland" klubunun üzvü Emre Morun yeni komandasının adına aydınlıq gəlib.
"Qafqazinfo" "Bild"ə istinadən xəbər verir ki, adı "Liverpul", "Bavariya", "Yuventus" və "Borussiya" Dortmund kimi klublarla hallanan futbolçu seçimini edib. 18 yaşlı hücumameyilli yarımmüdafiəçi "Borussiya" Dortmunda transfer olub.
Bu transfer "Borussiya"ya 16 milyon avroya başa gəlib.
Son xəbərlər
Son Xəbərlər