Əmrə Morun yeni klubu məlum oldu

emre-morun-yeni-klubu-melum-oldu
Oxunma sayı: 711

“Borussiya Dortmund”un türk futbolçusu Əmrə Mor “İnter”ə icarəyə göndərilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” 20 yaşlı futbolçu üçün 2 milyon avro ödəyəcək.

İtalyanlar icarə müddətinin sonunda isə əlavə olaraq 10 milyon avro qarşılığında transfer hüququna birdəfəlik sahib ola biləcək.

Qeyd edək ki, Əmrə Moru İspaniya, İngiltərə və Türkiyə klubları da heyətinə qatmaq istəyirdi.