Əmrə yenidən “Fənərbağça”da

emre-yeniden-fenerbagcada
Oxunma sayı: 1306

Türkiyə millisinin futbolçusu Əmrə Belözoğlu yenidən “Fənərbağça”da çıxış edəcək.

“Qafqazinfo” “TRT Spor”a istinadən xəbər verir ki, klub prezidenti Ali Koç təcrübəli yarımmüdafiəçi ilə görüşüb.

Tərəflər arasında 1 illik sözləşməyə dair razılıq əldə olunub.

Qeyd edək ki, 38 yaşlı futbolçu 2013-2015-ci illərdə də “Fənərbağça”da çıxış edib. O, başa çatan mövsümü “Başakşehir”də keçirib.