Ən az emosional olan ölkələr- - Azərbaycan ikincidir...

en-az-emosional-olan-olkeler-
Oxunma sayı: 1141


“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, SSRİ-nin əksər ölkələri ən az emosional ölkələr sırasına düşüb. Ən aşağı göstərici Banqladeşdə olub – cəmi 37% təsdiqləyici cavab.

Bir qədər yüksək göstərici Gürcüstan, Azərbaycan və Monqolustanda olub – hər birində 38%. Belarus və Sudan 39%, Rusiya, Ukrayna və Litvanın göstəricisi isə 40% olub. Moldova və Qazaxıstan, Kosovo, Bosniya və Myanma 41% göstərici ilə bir qədər yuxarıda yerləşiblər.

Ən emosional ölkələr isə Latın Amerikasının nümayəndələri olub. Siyahıya Boliviya və Salvador (59% təsdiqləyici cavab ilə) liderlik ediblər. İlk onluğa Ekvador, Filippin, Nikaraqua, Qvatemala, İraq (58%), Kambodca, Kolumbiya, Kosta-Rika (57%) düşüb. Eləcə də 57% təsdiqləyici cavabı Qonduras da nümayiş etdirib.

Sorğu 2014-cü ildə 148 ölkədə aparılıb.

“Qafqazinfo”