Ən bahalı paltarı 15 mindir - Fotosessiya

en-bahali-paltari-15-mindir
Oxunma sayı: 8127

Müğənni Mətanət Əsədova həmkarı Cabbar Musayevin oğlunun toy mərasiminə qatılıb.

“Qafqazinfo”nun kamerası qarşınına keçərək şəkillər çəkdirən müğənni son günlər sənət adamlarının bahalı geyimlərinin müzakirə olunmasına münasibət bildirib:

“Mən heç kimin işinə qarışmıram. Aysun açıqlama vermişdi ki, geyimlərimə 60 min pul xərcləyirəm. Rəqsanənin qızı mənim qızımdır. Ona elə xoşdursa, elə hərəkət edir.

Mən də paltara çox pul xərcləyirəm. 60 min nədir ki? İmkanım olsa, milyonlar xərcləyərəm. Adi paltara 2 min pul verirəm. Paltarlarımı çox baha alıram, ən bahalı paltarım 15 mindir, bu yaxınlarda almışam. Ondan bahalı paltarım yoxdur. Stilistim də, modelyerim də özüməm. Görüb götürməyi sevmirəm, başqaları məndən nümunə götürür”.

Könül

Fotolar: Nuran Məmmədov