“Ən ciddi təklif “Tottenhem”dən gəlib” - Millimizin üzvünün meneceri

en-ciddi-teklif-tottenhemden-gelib
Oxunma sayı: 1527

Millimizin üzcü Ozancan Kökçü karyerasını İngiltərədə davam etdirə bilər. “Qafqazinfo” xəbər verir ki, bu barədə gənc futbolçunun meneceri Müzzi Özcan məlumat verib.

O, açıqlamasından 21 yaşadək futbolçulardan ibarət yığmamıza yeni cəlb olunan Ozancana ən ciddi təklifin məhz London klubundan olduğunu qeyd edib:

"İngiltərənin "Tottenhem", "Everton" klubları Ozancanın xidmətində maraqlıdı. Ən ciddi təklifi də "Tottenhem"dən almışıq. Bundan başqa Ozancana görə Almaniya və Hollandiya klublarından da təklif var. Son qərarımızı qarşıdakı günlərdə açıqlayacağıq".

Xatırladaq ki, Ozancan Kökçü hazırda "Feyenoor"da çıxış edir. Onun Hollandiya təmsilçisi ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatır.