“Muhteşem yüzyıl : Kösem” serialının reytinq nəticələri açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, ən böyük büdcəli layihənin 27-ci bölümü ötən gün yayımlanıb, tamaşaçı rəğbətini yenidən qazanıb.
Tarixi ekran işi AB və ABC1 reytinq cədvəllərində ən çox baxılan serial olub, ikinci sırada qərarlaşıb.
Birinci sırada isə TV 8-də yayımlanan “Survivor” yarışması olub.
“Kösem” əsas reytinq cədvəli olan “Total”da yerini dəyişməyib, 16-cı sırada öz yerini tutub.
Xatırladaq ki, serial ötən həftə ABC1-də 4-cü, AB qrupunda 2-ci, Total cədvəlində isə 16-cı olmuşdu.
Son xəbərlər
Son Xəbərlər