Ən çox bu ölkələrin universitetlərinin diplomları tanınmayıb - Yenilənib

en-cox-bu-olkelerin-universitetlerinin-diplomlari-taninmayib
Oxunma sayı: 3991

“Ötən il ərzində xarici diplomların tanınması ilə bağlı 7021 müraciət daxil olub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bildirib. 

Onun sözlərinə görə, 7021 müraciət üzrə ekspertiza həyata keçirilib: “5868 müraciət üzrə müsbət, 1153-ü üzrə isə mənfi rəy verilib. Müraciətlərə ortalama baxılma müddəti 12 iş günü olub”.

***

Tural Əhmədov qeyd edib ki, əsas imtinalar insanların üz tutduqları daha aşağı reytinqli universitetlərlə bağlıdır. Daha çox müraciət Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərindən alınmış kvalifikasiyalarla bağlı olduğu üçün, imtinaların da qeyd edilən ölkələr üzrə olması anlaşılandır: “Bu, dəyişən istiqamətdə gedəcək. Hazırda Türkiyədə 37 min tələbəmiz təhsil alır. Yəqin ki, tanıma ilə bağlı növbəti dövrdə onlar daha çox müraciət edəcəklər. Ona görə də deyə bilərik ki, bu, mövsümi xarakter daşıyır. 

Tələbələrə bildirim ki, onlar universitetlərə müraciət edərkən onun reytinqini nəzərə almalıdırlar”.

Gülnar Əliyeva