Ən çox medal qazanan onlardır- - Güləş bitdi

en-cox-medal-qazanan-onlardir-
Oxunma sayı: 2598


“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarının son günündə döşək üzərinə 4 sərbəst güləşçimiz çıxıb. Onlardan Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) Avropa Oyunlarının bürünc medalını qazanıblar.

Sərbəst güləşçilərin ilk yarış günündə pəhləvanlarım 2 qızıl və 1 bürünc medal əldə ediblər. Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) bürünc medala layiq görülüblər.

Qadın güləşçilərin yarışında idmançılarımız 2 qızıl və 1 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz isə Azərbaycana iki dəst medal qazandırıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

Bu nəticə ilə güləş komandamız Avropa Oyunlarında yalnız Rusiya yığmasından geri qalıb.