Ən çox nəyə baxırıq? - Yerli, yoxsa xarici?

en-cox-neye-baxiriq-
Oxunma sayı: 2177

Son illər Azərbaycan kino sahəsində canlanma müşahidə olunur. Bir-birinin bəhsinə girən yerli prodakşnlar kommersiya məqsədli komediya janrında filmlər istehsal edirlər.

Kəmiyyətin çoxluğu heç də hər zaman keyfiyyətdən xəbər vermir. Belə ki, onlar arasında tamaşaçı sevgisi qazananlar və bir neçə gün sonra kinoteatrların afişasından yığışdırılanlar da olub.

Bəs görəsən, Azərbaycan filmləri əcnəbi kinolarla rəqabətə nə qədər tab gətirə bilir?

Qafqazinfo” bu suala cavab tapmaq üçün yerli kinoteatrlara müraciət edib və yanvar ayı ərzində ən çox izlənilən filmlərin siyahısını müəyyənləşdirib.

“Cinema plus”da ən çox baxılan filmlərin siyahısı:

1) “Naxox” (Azərbaycan komediyası);

2) “3 Badam, 1 Qoz!” (Azərbaycan komediyası);

3) “Haşhaşilərin kredosu” (Xarici film);

Nizami Kino Mərkəzindəki ən baxımlı filmlərin siyahısı:

1) “Dönerse senindir” (Xarici film);

2) “Naxox” (Azərbaycan komediyası);

3) “Hoqqa” (Azərbaycan komediyası).