Ən çox qızılı olan idmançıdan maraqlı- - Açıqlama

en-cox-qizili-olan-idmancidan-maraqli-
Oxunma sayı: 1363


“Qafqazinfo” xəbər verir ki, karyerası ərzində 18 Olimpiya qızılı qazanan üzgüçü yenidən idmana qayıtmağının səbəbini açıqlayıb. 2012 London yay Olimpiya oyunlarından sonra karyerasını bitirdiyini elan edən Felps “su”suz cəmi iki il qala bilib. Onu hovuzlara qaytaran səbəb isə çox maraqlıdır. 

Amerikalı idmançı açıqlamasında yenidən hər hansı mükafat qazanmaqdan ötrü deyil, sadəcə çəkisini azaltmaq məqsədilə məşqlərə başladığını deyib: “2012-ci ildə 85 kq idim. İndi isə 102 kq olmuşam. Bu da məni narahat edir. Məşqlərdə çəkimi yenidən aşağı salmağı planlaşdırıram. Arizonada təşkil ediləcək 100 metr kəpənək növü üzrə yarşa qatılacam. 2016- Rio Olimpiya oyunlarında da iştirak etmək istəyirəm”

 

İqbal