“Qafqazinfo” “sportnews.az” saytına istinadən məlumat verir ki, Arda futbol meydanlarında söyüşün normal olduğunu qeyd edib: “Məncə, belə məsələləri şişirtməyə ehtiyac yoxdur. Futbol daha çox kişilərin oynadığı bir idman növüdür və kişi kollektivində söyüş normal qarşılanmalıdır. Türkiyədə bu hallara tez – tez rast gəlirik. “Atletiko Madrid”də isə qeyri etik sözlərdən daha çox soyunub geyinmə otağında istifadə olunur”
Həmkarımızın “Atletiko”da daha çox söyüş söyən futbolçu kimdir sualını isə Arda belə cavablandırıb: “Atletikoda daha çox söyüş söyən Gabidir. Bu onun kapitan olmağından irəli də gələ bilər. Bəzi hallarda isə komandanı oyuna kökləməyin ən asan yollarından biri elə budur. Lakin onu da qeyd etməliyəm ki, heç bir futboçunun, bir digər futbolçunun şəxsiyyətini təhqir etməyə haqqı yoxdur”