“Bakı şəhərində sürüşmələrin qarşısının alınması üçün sürüşmə baş verən ərazilərdə bərkitmə tədbirləri həyata keçirilir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.
Ə. Əliyev qeyd edib ki, hazırda Bakının Zığ, Əhmədli, Qaraçuxur, Günəşli, Masazır, Nübar və Badamdar yaşayış massivlərində sürüşmə hadisələri müşahidə olunur: “Bakı şəhərinin relyefi və geoloji quruluşu bu ərazilərdə sürüşmə üçün əlverişli şərait yaradıb, lakin antropogen təsirlər zaman-zaman burada sürüşmənin dinamikasını artırır. Bu ərazilərdə sürüşmənin qarşısını almaq üçün ilk növbədə böyük su itkilərinin, yamacların istismarı zamanı kəskin kəsilmələrin və yüklənmələrin qarşısı alınmalıdır. Hazırda bu ərazilərdə bərkitmə tədbirləri həyata keçirilir”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər