Qarlı qış günündə rəngarəng Sovet toyu, ilk açılan supermarketdə alış-veriş, dünyanın ən gözəl intiharı…
Keçmişə dönüb baxdığımız zaman fotolarda qarşılaşdığımız bu mənzərələr sadəcə bir xatirə deyil. Maraqla izlədiyimiz kadrların bəziləri bizim üçün sadəcə gülüş mənbəyi olsa da, bəziləri böyük həyat dərsidir.
“Qafqazinfo” ölkəmizdə və dünyada nostalji iz qoymuş bəzi fotoları sizə təqdim edir:
1980-ci ildə Bakıda çəkilmiş bu fotoda polislər qızın sınmış velosipedini təmir edir.

1948-ci ildə bir ana Çikaqoda övladını satışa çıxarıb.

1957-ci ildə kompüterin bir yerdən başqa yerə aparılması üçün yük maşını tutulur və azı 10 nəfər bu işlə məşğul olurdu.

Binanın 86-cı mərtəbəsindən özünü atan Evelin MCHalenin 1947-ci ildə ildə tələbə bir fotoqraf tərəfindən çəkilmiş fotosu dünyanın ən gözəl intiharı olaraq tarixdə qalıb.

1956-cı ildə çəkilən bu fotoda xəstəxanada uşaqların müalicəsində heyvanlardan istifadə olunduğu görülür.

1950-ci ildə qızlar evdə parti təşkil edib.

1922-ci ilin gözəllik müsabiqəsinin qalibləri qazandıqları mükafatlarla kamera qarşısına keçib.

1951-ci ildə Londonda açılmış dünyanın ilk supermarketində alış-veriş.

1956-cı ildə Venesiyada kanalların təmizlənməsi prosesi.

1970-ci illərdə Üsamə bin Laden ailəsi ilə İsveç gəzintisində olan zaman çəkilmiş bir foto (sağdan ikinci, yaşıl koftalı gənc).

Qarlı bir qış günündə Sovet toyu...

1960-cı ildə saçını ütülədən qadın.

1957-ci ildə Parisdə gəzintiyə çıxan təqaüdçülər və əyləşmək üçün özləri ilə birgə gəzdirdikləri stulları.

Günel Hacı
Son xəbərlər
Son Xəbərlər