Dünyanın bir çox arenaları müxtəlif gözəllikləri ilə diqqət cəlb edir. “Qafqazinfo” xəbər verir ki, elə stadionlar var ki, onların içində müxtəlif cür VİP salonlar mövcuddur. Onların bir neçəsini təqdim edirik:
“Errouhed Arena” (ABŞ) – 1968-ci illdə inşa olunan stadion 1972-ci ildə açılıb. 43 milyon dollar başa gələn arenanın azarkeş tutumu 76 mindir. Lakin stadionun son dəfə təmirinə 407 milyon dollar pul xərclənib. Arenanın içərisində oyunu izləmək üçün müxtəlif VİP salonlar var.

“Hartvall Arena” (Finlandiya) – 1997-ci ildə istifadəyə verilən arenanın azarkeş tutumu 13479 nəfərdir. Arenada azarkeşlərin oyunu izləməsi üçün hovuzu olan VİP salonu mövcuddur.

“Rocers Sentr” (Kanada) – 1989-cu il iyunun 3-də açılışı olan arena bu vaxtdan bir neçə dəfə əsaslı təmir olunub. 49 min 282 nəfərlik yerə sahib olan stadionda azarkeşlərin oyunu izləməsi üçün yataq otağı var. Azarkeşlər həmin otağı sifariş edib ordan matçı izləyə bilərlər.

“Astrodom” (ABŞ) – 1965-ci ildən istifadədə olan stadion hazırda dünyanın ən gözəl arenalarından biridir. Bu stadionda azarkeşlər matça bilyard oynayaraq baxa bilərlər.

“Olimpiya Stadionu” (İspaniya, Sevilya) – Bu 57 min nəfərlik arenada yataq otaqlarından ibarət VİP lojalar var.

Son xəbərlər
Son Xəbərlər