Ən nazik smartfon

en-nazik-smartfon-
Oxunma sayı: 1998


"Coolpad Ivvi K1 Mini" smartfonu 1280x720 piksel təsvir ölçülü 4,7 düymlük ekran, 1,2 QHs takt tezlikli dörd hesablama nüvəsinə malik bitlik "Qualcomm Snapdragon 410" prosessoru, 1 QB əməli və 8 QB daxili yaddaşla təchiz olunub. Smartfon "LTE" şəbəkəsində işləyə bilir, həmçinin bu qurğu vasitəsilə məişət texnikasını uzaq məsafədən idarə etmək olar.

Smartfonun əsas kamerasının təsvir ölçüsü 8 meqapiksel, ön kamerada isə 5 meqapikseldir. Smartfonun daxili batareyasının həcmi 1800 milliamper/saat təşkil edir. Aparatın arxa səthi xüsusi materialla örtülüb və barmaq izi qalmır.

"Coolpad Ivvi K1 Mini" qurğusunun satış qiyməti təxminən 207 ABŞ dolları təşkil edəcək.