Rusiya baş naziri Dmitri Medvedev neftin qiymətinin düşməsinin ölkə iqtisadiyyatını çətin duruma saldığını etiraf edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir hazırda durumun idarə edilə bilinəcək həddə olduğunu vurğulayıb.
Medvedev qeyd edib ki, neftin qiyməti daha da düşərsə, büdcə yenidən gözdən keçiriləcək, eyni zamanda, ən pis ssenariyə də hazır olmaq lazımdır: “Bizim üçün ən başlıca və ciddi problem insanların gəlirlərinin azalmasıdır. Rusiyada insanlar kasıblaşdılar, orta təbəqə zərər çəkdi və bu, yəqin ki, ötən ilin iqtisadi zərbələrinin ən ağrılısıdır.
Biz insanları səbrli olmağa və iqtisadi canlanmanın başlamasını gözləməyə çağırmayacağıq. Həyatı daha yaxşı günlərə qədər təxirə salmaq olmaz. Sosial yardım sahəsində indiki situasiyaya adekvat olacaq ən enerjli tədbirlər görəcəyik”.
Qeyd edək ki, Rusiya İqtisadiyyat naziri Aleksey Ulyukayev neftin qiymətinin daha 10 il aşağı səviyyədə qalacağını proqnozlaşdırmışdı.
Son xəbərlər
Son Xəbərlər