Ən qüsursuz Rusiya silahı açıqlandı

en-qusursuz-rusiya-silahi-aciqlandi
Oxunma sayı: 2676

ABŞ mətbuatı Draqunov snayper tüfənginin qüsursuz bir rus silahı olduğunu və böyük dəyişikliklərə ehtiyacı olmadığını yazıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “19FortyFive”da məqalə dərc edilib.

“Mükəmməl olanı inkişaf etdirmək çətindir, buna görədir ki, “soyuq müharibə” dönəminin snayper tüfəngi olan Draqunov son illərdə çox az dəyişikliyə uğrayıb”, - məqalənin müəllifi Peter Susiu yazıb.

Yazıda tüfəngin əsas üstünlüyünün sadə quruluşu olduğu qeyd edilib.

Bildirilib ki, bunun sayəsində tüfəngin istifadəsi, qulluğu və təmiri asan olur.