Dünyanın ən məşhur tarixi serialı olan “Game of Thrones”un (Taxt oyunları) 6-cı mövsümünə start verilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 6-cı mövsümün ilk bölümü 24 saat ərzində 1 milyondan çox yüklənilib, bununla da yeni rekorda imza atılıb.
Serialın tanıtım videosunu isə 18 milyondan çox tamaşaçı izləyib.
Xatırladaq ki, serial Corc R.R. Martinin eyni adlı romanı əsasında ssenariləşdirilib.
Son xəbərlər
Son Xəbərlər