“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ilk pillədə “Aclıq oyunları” ilə məşhurlaşan Jennifer Lavrence qərarlaşıb. Belə ki, illik gəliri 52 milyon dollar olan 25 yaşlı aktrisa “Oskar”, “Qızıl qlobus” daxil olmaqla 48 mükafat ilə Hollivudun arzuolunan aktrisalarındandır. Jennifer yeni sezonda “X-Men: Apocalypse” və “Passengers” filmləri ilə izləyicilərinin qarşısına keçəcək.
İllik qazancı 15 milyon dollar olan Anjelina Colinin 7-ci sırada olduğu siyahının sonuncu pilləsində isə “Alatoranlıq” çoxseriyalı filmindən Bella kimi yaddaşlara həkk olunan Kristen Stevart yer alıb. İllik gəliri 12 milyon dollar olan aktrisa şəxsi həyatı ilə tez-tez gündəmə gəlir. Gözəl aktrisa filmdəki rol yoldaşı Robert Pattinson ilə yollarını ayırdıqdan sonra asistanı Alicia Cargile ilə eşq həyatı yaşayır.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər