Ən təhlükəli mafiya lideri saxlanıldı - Polisin pizzalı ssenarisi...

en-tehlukeli-mafiya-lideri-saxlanildi
Oxunma sayı: 2411

İtaliya polisi “Kamorra” cinayətkar qrupunun liderini həbs edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2013-cü ildən axtarışda olan mafiya liderinin yaşadığı ev müəyyən edildikdən sonra polis pizza gətirən kuryer geyimində 35 yaşlı Robert Manqanellonun evinə daxil ola bilib.

Məlumata görə, bu zaman futbol matçı izləyəyən mafiya lideri qapını özü açıb. Bu zaman o, "Napoli"-"İnter" oyununu izləyən Manqanello silahsız olub. 

Qeyd edilir ki, Manqanello İtaliyanın 100 ən təhlükəli cinayətkarlarından biridir. O, narkoticarət məşğul olub, həmçinin 2004-cü ildə rəqib klanın üzvlərini qətlə yetirməkdə ittiham olunur.

“Kamorra” isə İtaliyanın 4 ən cinayətkar klanından biridir.