İtaliyanın ən təhlükəli cinayətkarlarından biri, ölkənin güclü “Kamorra” mafiya təşkilatının bossu Marko Di Lauro həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliyanın daxili işlər naziri Matteo Salvini məlumat verib. Mafiya lideri Neapolda xüsusi əməliyyat nəticəsində yaxalanıb.
Beynəlxalq axtarışda olan 38 yaşlı Di Lauro “Koza nostra” mafiya qruplaşmasının rəhbərlərindən biri olan Matteo Messini Denarodan sonra siyahıda ikinci yerdə olub. Hüquq-mühafizə orqanları onu son 14 il ərzində Avropa, Asiya və Latın Amerikası ölkələrində axtarıblar.
2012-ci ilin mayında Neapol Apellyasiya məhkəməsi Di Lauro haqda qiyabi olaraq ömürlük həbs qərarı çıxarıb.
Üç il əvvəl xarici görünüşünü dəyişmək üçün plastik əməliyyat etdirib. Asayiş keşikçilərindən gizlənmək üçün dəfələrlə qadın libası geyinib.
Son xəbərlər
Son Xəbərlər