Nədənsə bizdən yaşlı nəsilə elə gəlir ki, bu gözəlim dünyada bizdən tərbiyəsizi olmayıb. Biz sonuncular daha utanmazıq. Biz kimik? “Biz” deyəndə mən XXI əsrin insanlarını nəzərdə tuturam. Unutmayaq: Dünyada ilk pozğunluq olan gündən əxlaqsızlıq bir quyu kimi qazılıb. Əsrlər boyu bu quyu qazıldıqca daha da dərinləşib, biz də həmin quyuda sonuncu nəsil olduğumuza görə təbii ki, daha dərindəyik.
Quyuda görünənlər bizik, yəni bizdən əvvəlkilər ölüb gedib. Ancaq onlar da bu quyunu qazıblar, sadəcə onlar yoxdurlar deyə çoxlarına elə gəlir ki, bu quyunu ancaq biz qazmışıq. Dostoyevski “Əbədi ər” povestində yazırdı: “Bu sanki sədaqətsiz olmaq üçün doğulmuş qadınlardandır. Belə qadınlar heç zaman qız vaxtı pozulmurlar. Onların təbiət qanunlarına görə pozğunluğu ər evində eləmək lazımdır. Ər onların ilk oynaşıdır, ancaq nigahdan sonra. Heç kim onlar kimi bacarıqla və asanlıqla ərə gedə bilməz. İlk dəfə oynaş tapmalarına bais həmişə ərləri olur və hər şey səmimi şəraitdə keçir”. Bu fikrləri Dostoyevski istisna hal kimi yox, cəmiyyətdə təsdiqini tapmış, sınanmış situasiya kimi qələmə alır. Deməli, o dövürdə də bu cür hallar çox olubmuş. O dövürdə bu hadisələr bədii əsərlərdə işıqlandırılırdısa, bu gün televiziya və internetlə tirajlanır. Hər dövürdə bugünkü reallıqdan nəsə var.
...Bütün quyudakılar görünür. Quyudakılar bizik, ancaq quyunun sahibi biz deyilik.
Kimi unudaq?
Herostrat Artemida məbədini yandırdımı? Hə, yandırdı? Məbədi tikən kim idi? Tarixdə adı qalmayıb.... Bu gün Mikayıl Müşviqlə bərabər, onu bada verənlər də xatırlanır. Belə də olmalıdır, qəribə deyil. Bir misal:
“Həllacdan məsciddə soruşurlar
–Ya şeyx, fironun sözləri barədə nə deyərdin?
* Haqqın kəlməsidir.
* Bəs Musanın dediyiuə nə deyərdin?
* Haqqın kəlməsidir.
–Haqqın kəlməsidir, – hər ikisi əzəldə işləndiyi kimi əbəddə də işlənmişdir.
Artemida kimi Herostrat da qədim dünyanın möcüzəsidir, hər ikisi həm əzəldədir, həm də əbəddə.
Bəzən də deyirlər ki Herostat günhasızdır, kahinlər xəzinəyə görə məbədi yandırıb günahı bu gənc oğlanın üstünə atıblar. Ancaq bu bizim ucun nəyi dəyişir ki, məbəd yoxdur və Herostrat var. Yaxud Müşviqi həmkarları satmayıb... nə olsun ki Müşviq güllələnib...
Bizimi anlamırlar
XIX əsr rus ədəbiyyatnın Qızıl dövrüdür, o dövrü yaradan ictimai-siyasi formasiya var idi, heç nə göydən düşmür. Belə bir dövürdə Puşkinin xanımı üçün şeir maraqsız imiş, özü də kimin, kimin, Puşkinin şeirlərini. İndi biz bu nəinki qızıl, heç mis dövürdə yaşamaya-yaşamaya kimdən, hansı qadından umaq ki, bizə qulaq assın? Baxın, görün Smirnovun Puşkinlə bağlı qeydlərində nə yazır: "Mən hərdən yuxumda o qədər gözəl şeirlər görürəm ki… Ancaq onları yuxuda necə yazasan? Bir dəfə zavallı Nataşanı yuxudan oyatdım və yuxuda gördüyüm şeiri deməyə başladım. Ancaq sonra vicdan əzabı keçirdim: o yatmaq istəyirdi. "Bəs Siz nəyə görə bu şeirləri yazmadınız?" deyə soruşdum. O, qəmli-qəmli cavab verdi: "Arvadım dedi ki, gecə insanların yatması üçün yaradılıb. Mən də özümü bu eqoizmə görə qınadım. Şeirlər isə artıq yaddan çıxmışdı…"
Son xəbərlər
Son Xəbərlər