“Ən uyğun “Neftçi” variantını seçdim” - “Şaxtyor”un futbolçusu

en-uygun-neftci-variantini-secdim
Oxunma sayı: 1622

Qazaxıstan “Şaxtyor”unun əvəzedici heyətinin 19 yaşlı hücumçusu Akif Həsənov “Neftçi”yə baxışa gəlib. ”Qafqazinfo” xəbər verir ki, paytaxtımıza yenicə gələn futbolçu Karaqanda klubunun mətbuat xidmətinə müsahibə verib:

- Futbola gəlişin barədə məlumat verərdin?

- Futbolla “Jastar” idman məktəbində Krasikov Sergey Petroviçin rəhbərliyi altında məşğul olmağa başlamışam. Artıq 2 və ya 3-cü oyunumda het-trik etmişdim. Müəyyən dövrdən sonra “Şaxtyor”un əvəzedicilərindən dəvət aldım.

- “Şaxtyor”un əvəzedici komandasında debüt oyununu xatırlayırsan?

- 2013-cü ildə ilk peşəkar müqaviləmi imzaladım. 17 yaşlı yeniyetmə üçün sevimli klubunda oynamaqdan böyük sevinc tapmaq mümkün deyildi.

- Hansı mövqelərdə oynamısan?

- Uşaqlıqdan hücumçu mövqeyində oynamışam. İndi də forvard kimi çıxış edirəm. Bəzən baş məşqçi məni cinah yarımmüdafiəçisi mövqeində də oynadıb. Bu da mənə Azərbaycanın gənclər yığmasında oynamağıma yardımçı olub.

- “Şaxtyor”un əvəzedicilərində rəqabət çoxmu güclüdü?

- Karaqanda təmsilçisi elə bir klubdu ki, buranın gəncləri hamıdan güclüdü. Heyətə düşmək üçün daim üzərində çalışmalısan.

- “Neftçi”yə baxışa yollanmaq variantı necə alındı?

- Artıq Azərbaycandayam. Bir neçə məşqdə iştirak etmişəm. "Neftçi" çempionatın ikinci hissəsinə hazırlaşır. Ümid edirəm, bu qısa zaman kəsiyində barəmdə söz etdirə biləcəm. Azərbaycanın gənclər yığmasındakı oyunumdan sonra bir agent mənimlə əlaqə saxlayaraq, bir neçə klubun maraq dairəsinə daxil olduğumu bildirdi. Ən uyğun – “Neftçi” variantını seçdim.

- Yeniyetmələr yığmasına dəvət almağın barədə məlumat verərdin...

- Azərbaycanın U-19 yığmasında Nikolay Adamın rəhbərliyi altında oynamışam. İki dəfətəlim-məşq toplanışlarına dəvət almışam və “Rəvan”la, “Neftçi” kimi komandalara qarşı forma geyinmək şansı qazanmışam. Hər iki oyunda qol vursam da, rəsmi matçlarda komandaya qoşula bilməmişəm. Çünki Qazaxıstan vətəndaşıyam.