“Qafqazinfo”nun məlumatına görə, 35 yaşlı Gisele karyerasına son qoymağa hazırlaşır. O, öz ölkəsi Braziliyada keçirilən Sao Paulo Moda Həftəsində modellik fəaliyyətinə nöqtə qoyacaq. “Forbes” jurnalının apardığı araşdırma nəticəsində 47 milyon dollar büdcəsi olduğu müəyyənləşib, ona “ən çox qazanan model” statusu verilib. 8 ildir ki, bu adı heç kəs üstələyə bilməyib.
Qeyd edək ki, model Braziliyada təmiz su ilə bağlı bir çox layihələrə imza atıb, 2009-cu ildə BMT-nin ətraf-mühitin qorunması proqramı çərçivəsində xoşməramlı səfiri seçilib.