Ən yaşlı seçicinin 125 yaşı var - Siyahı dəqiqləşir

en-yasli-secicinin-125-yasi-var
Oxunma sayı: 1391

Azərbaycanda seçicilərin siyahısının dəqiqləşdirmə prosesinə yekun vurulub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.  M.Pənahov bildirib ki, hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var. 

O qeyd edib ki, seçicilərin 50.83 %-ni qadınlar, 49.17 %-ni isə kişilər təşkil edir. MSK sədri vurğulayıb ki, seçicilərin siyahısının dəqiqləşdirmə prosesinə yanvar ayından start verilib. 

M.Pənahovun sözlərinə görə, bu il ötən illə müqayisədə seçicilərin sayında 21 min nəfər artım müşahidə olunub. 
MSK sədri qeyd edib ki, ən yaşlı qadın seçici Bərdə rayonunun 94 saylı dairəsində səs verəcək 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqədir, 125 yaşı var.

Ən yaşlı kişi seçici isə 120 saylı Laçın seçki dairəsindən 107 yaşlı Əhmədov Şahverdidir.

Günel Türksoy